A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Borçalıdan üzücü xəbər var: Soydaşlarımızın başı dərddə - Ayna.az

Borçalıdan üzücü xəbər var: Soydaşlarımızın başı dərddə

Siyasət

04.05.2020 - 19:57

cedabet dərman SEO Xidməti

“İndi də yenidənqurma adı ilə bölgənin ən böyük ticarət mərkəzlərindən olan Marneuli bazarını sökürlər”

 

"Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Borçalı bölgəsində soydaşlarımıza qarşı hökumətin ayrı-seçkiliyi haqqında informasiyalar gəlir. Borçalıların sosial şəbəkələrdə yazdıqlarından belə məlum olur ki, Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” hökuməti, koronavirus pandemiyası dönəmində Azərbaycan türklərinə qarşı ayrı-seçkiliyi daha da artırıb. Türklərə qarşı idarəçilik üsulu əvvəlkinə nisbətən daha da sərtləşdirilib".

 

AYNA xəbər verir ki, bunu jurnalist Aygün Muradxanlı bildirib. O, Borçalıdan üzücü xəbərlər gəldiyini qeyd edib: "“Gürcü arzusu” Gürcüstan türklərinə qarşı ayrı-seçkiliyi davam etdirməkdədir. Salome Zurabişvili Prezident seçilməzdən öncə ermənilərə verdiyi sözü tutaraq, türkləri hər addımda sıxışdırır. Biri-birinin ardınca gürcü rəsmilər Gürcüstanın köklü xalqı olan Borçalı türklərinə qarşı arzuolunmaz ifadələr işlədirlər”.

 

"Ən acınacaqlısı həm də odur ki, “Gürcü arzusu” Borçalıdan səs yığmaq üçün Azərbaycanın yerli qurumlarından, özəlliklə SOCAR-dan dəstək alsa da, “çox sağol”u yubatmadı. Ölkə üzrə saxta seçkilərə etiraz edənlərə görk üçün başqa bölgələrə deyil, məhz Kvemo-Kartliyə, soydaşlarımızın üzərinə seçki qutuları açılmamış çevik polis qüvvələri göndərdi. Azərbaycanın pulu ilə əhalidən kartof-soğan qarşılığında “səs dilənən” iqtidar yanlılarının səsi belə, çıxmadı”, - jurnalist bildirib.

Aygün Muradxanlı adlı şəxsin şəkli.

Muradxanlı vurğulayıb ki, pandemiya elan olunandan sonra da “Gürcü arzusu” ən sərt karantin qaydalarını Borçalıda sınaqdan keçirib: “Təsdiqlənməmiş karonavirus “faktına” görə, sözün əsl mənasında, vətəndaşlara göz verib, işıq vermədilər. Virusun daha çox aşkarlandığı bölgələrdə isə belə məhdudiyyətlər görünmədi. İndi də yenidənqurma adı ilə bölgənin ən böyük ticarət mərkəzlərindən olan Marneuli bazarını sökürlər. Hər kəsə gün kimi aydındır ki, “Gürcü arzusu”nun məqsədi Marneulini abadlaşdırmaq yox, türklərin iqtisadi gücünü zəiflətməkdir. Məqsəd paytaxt Tiflis daxil, ətraf bölgələri kənd təsərrüfatı məhsulları ilə təmin edən şəbəkəni dağıtmaqdır”.

 

"Gürcüstan hakimiyyəti Marneulidə 2012-ci ildən bu yana, bir küçəni belə, abadlaşdırmayıb, əhalinin sosial tələbləri ilə bağlı heç bir addım atılmayıb. Mənzillərin, mülklərin özəlləşdirilməsindən, otlaq yerlərinə, işsizliyə qədər onlarla köklü problem həllini gözləyir, hakimiyyət də əhalinin faktiki yaşam qaynağı olan bazarı sökür. Özü də, belə böhranlı və sabahla bağlı aydın təsəvvürlər olmayan dönəmdə”, - A.Muradxanlı əlavə edib.

 

O, rəsmi Bakının məsələyə münasibətinə də toxunub: “Azərbaycan hakimiyyətinin məsələyə səssiz qalması, “Gürcü arzusu”nun şovinizm meyllərindən qaynaqlanan saymazlığı qədər üzücüdür. Bizim indiyə qədər əqrəba topluluqlarla işləyən dövlət qurumumuz olmalıydı. Bəzən əhalinin gününü uzun müddət göy əskiyə “bükən” olayları rəsmilərin bir telefon zəngi çözür. Yetər ki, istək olsun”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş