Məzahir Pənahov ölmüş şəxsin yerinə səs verilməsi xəbərlərinə münasibət bildirdi

Siyasət

09.02.2020 - 17:33

"Bu adları bizə verin ki, haqlarında ölçü götürək"

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə ölmüş şəxsin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan xəbərlərə münasibət bildirib.

 

AYNA xəbər verir ki, MSK sədri həmin şəxslərin adlarının quruma təqdim edilməsini istəyib:

 

"Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə, ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə, qeyri-adi vəziyyət idi, ancaq bu, sizə aid olan məsələ deyil".

Müəllif: Ayna.az