Alov məktəbin girişdəki tavanında başlayıb
Rusiyanın Orenburq vilayətinin Novotroitsk şəhərində yerləşən görmə məhdudiyyətli uşaqların təhsil aldığı internat-məktəbdə yanğın baş verib.
AYNA APA-ya istinadən xəbər verir ki, yanğın zamanı 20-si uşaq olmaqla 28 nəfər təxliyə edilib.
Alov məktəbin girişdəki tavanında başlayıb. Yanğının söndürülməsinə 41 nəfər və 15 texnika cəlb olunub.