Rusiya XİN: “Fransa və Britaniya Odessaya hərbi müdaxiləyə hazırlaşır”

Dünya

09.04.2025 - 14:25

Həkimlər Klinikalar SEO Xidməti

“Bu planlar Qərb ölkələrinin baş qərargah rəislərinin Kiyevdə keçirilən görüşündə müzakirə olunub”

“Fransa və Böyük Britaniya Odessaya mümkün hərbi müdaxilənin parametrlərini hazırlayır. Bu planlar Qərb ölkələrinin baş qərargah rəislərinin Kiyevdə keçirilən görüşündə müzakirə olunub. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, aprelin 4-5-də Ukrayna, Böyük Britaniya və Fransanın Baş Qərargah rəisləri, onların adlandırdıqları kimi, “Ukrayna ərazisində çoxmillətli sülhməramlı kontingentin mümkün yerləşdirilməsi üzrə əməliyyat planlarını” müəyyən etmək üçün görüş keçiriblər.

"Müzakirələr mahiyyət etibarı ilə Ukraynanın Qara dəniz limanlarına, ilk növbədə Odessaya gələcək Fransa-Britaniya müdaxiləsinin parametrləri ilə bağlı olub", - diplomat qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş