Rusiya Ukraynanın itkilərini açıqlayıb

Dünya

13.04.2022 - 02:35

Həkimlər Klinikalar SEO Xidməti

İqor Konaşenkov Ukraynanın müharibədəki itkilərini açıqlayıb

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 130 təyyarəni məhv edib.

AYNA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 130 təyyarə, 99 helikopter, 244 zenit-raket kompleksi, 445 pilotsuz uçuş aparatı, 2153 tank və digər zirehli döyüş maşını, 241 reakstiv yaylım atəşi sistemi, 924 səhra artilleriya qurğusu və 2063 hərbi avtomobil məhv edilib”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş