Sergey Lavrovla Hakan Fidan arasında danışıqlar aprelin 12-də olacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Hakan Fidan arasında danışıqlar şənbə günü, aprelin 12-də başlayacaq. AYNA.AZ türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər.
Mənbəsi dialoqun başlama tarixi ilə bağlı sualı cavablandırarkən, "şənbə günü" deyib.
Qeyd edək ki, mart ayında Türkiyə hakimiyyəti ABŞ-dan qaz almaq üçün anti-Rusiya sanksiyalarını yumşaltmağı xahiş etmişdi.