Rusiya Prezidenti: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi lazımdır"

Aktual

27.10.2022 - 22:51

Vladimir Putin: “Bizim mövqeyimiz sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir”

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi lazımdır”. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında bildirib.

“Sülh müqaviləsi əlbəttə ki, lazımdır. Bizim mövqeyimiz sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir. Eləcə də sərhədlərin delimitasiyasını, sərhəd məsələsinin tam nizamlanmasını dəstəkləyirik. Biz bunun tərəfdarıyıq. O ki, qaldı hansı varinatı seçməyə, bu Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. Bütün hallarda, hansı variant seçilsə, əgər bu sülhə gətirib çıxaracaqsa, biz ancaq bunu dəstəkləyirik”, - deyə Putin bildirib.

Rusiya lideri bildirib ki, ölkəsi heç kimi məcbur etmir.

“Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”,- deyə Rusiya lideri əlavə edib.

Vladimir Putinin sözlərinə görə, erməni xalqının bütün seçimləri dəstəklənəcək.

“Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa xüsusiyyətə malikdir və xüsusiyyət nəzərə alınmalıdır, o zaman belə də mümkündür. Sözsüz ki, Azərbaycanla razılışmaq lazımdır. Elə eləmək lazımdır ki, bu razılıq Azərbaycan üçün də məqbul olsun. Bu çox çətin, birbaşa desək ağır məsələdir”, - deyə Putin əlavə edib.

Müəllif: Ayna.az