Rusiya NATO-nun sərhədləri yaxınlığında keçirdiyi təlimləri izləyir

Dünya

04.03.2024 - 15:28

Aleksandr Qruşko: “Biz bu təlimlərin nümayişkaranə və təxribat xarakterli olduğuna inanırıq”

Rusiya NATO-nun sərhədləri yaxınlığında keçirilən hərbi təlimləri izləyir. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Hərbi qurumlarımız nəzarət edir. Bunun üçün bütün lazımi vasitələr var. Bizim siyasi mövqeyimiz hamıya məlumdur: biz bu təlimlərin nümayişkaranə və təxribat xarakterli olduğuna inanırıq”, - deyə Qruşko bildirib.

Xarici işlər nazirinin müavini həmçinin NATO təlimlərinin “hərbi insidentlər riskini artırdığını” vurğulayıb və əlavə edib ki, Moskva “müdafiə qabiliyyətinin təmin edilməsi baxımından bütün lazımi tədbirləri görür”.

Müəllif: Ayna.az