Rusiyaya məxsus “Mi-24” Qara dəniz üzərində qəzaya uğrayıb

Dünya

10.04.2024 - 16:18

Helikopter planlı uçuş həyata keçirərkən baş verib

Rusiyanın “Mi-24” helikopteri Qara dəniz üzərində qəzaya uğrayıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün helikopter planlı uçuş həyata keçirərkən baş verib.

Müdafiə Nazirliyinin ilkin məlumatına görə, qəzaya helikopterin avadanlıqlarının sıradan çıxması səbəb olub.

Pilotların taleyi barədə məlumat verilmir.

Müəllif: Ayna.az