Peskov: “Bu, Rusiyanın təhlükəsizliyinə qəsddir”
Rusiya NATO-ya üzv olan Finlandiyanı hədələyib. AYNA rus mediasına istinadən bildirir ki, Kremlin mətbuat katibi deyib ki, Finlandiyanın NATO-ya daxil olması Rusiyanı öz təhlükəsizliyini təmin etmək üçün əks-tədbirlər görməyə məcbur edir.
“Rusiya Federasiyası Finlandiya ərazisində NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinə ciddi nəzarət edəcək. Finlandiyanın Alyansa daxil olması vəziyyətin gərginləşməsidir. Bu, Rusiyanın təhlükəsizliyinə qəsddir”, - Peskov vurğulayıb.
Kreml sözçüsü deyib ki, Rusiya hərbçiləri NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya barədə dərhal məlumat verəcəklər.
Qeyd edək ki, bu gün Finlandiya rəsmən NATO üzvü olub.