Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları sülhlə bağlı müzakirələr aparıblar

Xəbərlər

14.10.2022 - 12:34

cedabet dərman SEO Xidməti

Nazirlərin görüşündə yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi qərara alınıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı və azərbaycanlı  həmkarı Ararat Mirzoyan və Ceyhun Bayramov ilə regional nəqliyyat əlaqələrinin açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması perspektivlərini və digər məsələləri müzakirə edib. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, nazirlər bu gün Qazaxıstanda MDB Nazirlər Şurasının iclası çərçivəsində üçtərəfli görüş keçiriblər.

“Nazirlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə birgə səyləri müzakirə ediblər, dövlət başçılarının 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının bütün müddəalarına hərtərəfli riayət edilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə əsaslı baxış keçirilib. Rusiyanın delimitasiya ilə bağlı məsləhət yardımı müzakirə olunub”, - Rusiya XİN-in məlumatında vurğulanıb.

Qeyd edilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair danışıqların gedişinə xüsusi diqqət yetirilib.

Bildirilib ki, yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi qərara alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş