Moskva vaxtı ilə saat 08:00-da qaz tranziti tamamilə dayandırılıb
Rusiyanın “Qazprom” şirkəti bu gün səhər saatlarında tranzit sazişinin başa çatması ilə əlaqədar Ukrayna üzərindən Avropaya qaz nəqlini dayandırıb. AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə “Qazprom”dan bildirilib.
Moskva vaxtı ilə saat 08:00-da qaz tranziti tamamilə dayandırılıb.
Qeyd edək ki, Avropa qaz nəqli operatorları bu məlumatları təsdiqləyir.