Ruhəngiz Qasımovanın cənazəsi Azərbaycana gətiriləcək

Xəbərlər

10.10.2022 - 17:50

cedabet dərman SEO Xidməti

Komitə: “Honkonqda yaşayan qızı Canana xanımla əlaqə saxladıq və...”

Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək.

AYNA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı bildirib.

"Tanınmış bəstəkar, dramaturq, publisist və şairə, Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın vəfatı ilə əlaqədar onun birgə yaşadığı Honkonqda yaşayan qızı Canana xanımla əlaqə saxladıq və Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik. Mərhumun qızı bildirdi ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir iki günə yola çıxmağı düşünürük. Canana xanım Diaspor Komitəsinə minnətdarlıq etdi və heç bir köməyə ehtiyac olmadığını bildirdi. Bəstəkarın qızı əlavə etdi ki, belə çətin zamanda Komitənin vaxt itirmədən bizi axtarmasına sevindik, inanırıq ki, hər hansı çətinlikdə Azərbaycandan bizə arxa duran təşkilat və insanlar var", - deyə Komitə rəsmisi vurğulayıb.

Qeyd edək ki, Ruhəngiz Qasımova ötən gün 82 yaşında dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş