Rubiodan Kiyevə çağırış: "Onu sarsıtmasın”

Dünya

06.03.2025 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynadakı münaqişə iki nüvə dövləti - ABŞ və Rusiya arasında proksi müharibədir"

“Ukrayna ABŞ-ın münaqişənin həlli səylərinə xələl gətirməməlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio “Fox News”a deyib.

“Biz hər iki tərəflə - Rusiya və Ukrayna ilə qarşılıqlı əlaqədə olmalıyıq. Ukraynadan xahiş edirik ki, onu sarsıtmasın”, - dövlət katibi qeyd edib.

Rubio bildirib ki, Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti nizamlanmanı müzakirə etməyə hazır olduğunu bildirib: “Ancaq münaqişənin qarşı tərəfi sülhdə qətiyyən maraqlı olmadığını dedikdə davam etmək çətindir”.

“Ukraynadakı münaqişə iki nüvə dövləti - ABŞ və Rusiya arasında proksi müharibədir. Bu böhrana son qoyulmalıdır”, dövlət katibi bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş