Aleksandr Dudçak: “Ukrayna əhalisi 18 milyona düşüb”

Dünya

11.11.2026 - 23:02

“Hazırda Kiyevin nəzarətində olan ərazidə 18 milyona qədər insan yaşayır”

“Ukrayna əhalisi 18 milyona düşüb”. AYNA.AZ xəbər verir ki, bu sözləri "Digər Ukrayna" hərəkatının eksperti Aleksandr Dudçak “RİA Novosti” agentliyinə verdiyi açıqlamasında deyib.

"Mənim hesablamalarıma görə, hazırda Kiyevin nəzarətində olan ərazidə 18 milyona qədər insan yaşayır. Hakimiyyət orqanları bu rəqəmi qəsdən şişirdir, çünki əhali nə qədər çox olarsa, bir o qədər çox pul tələb olunur", - deyə o bildirib.

Ekspertin fikrincə, vəsaitlərin bir hissəsi "ənənəvi olaraq" mənimsənilir ki, bu da Kiyevin əhalisini şişirtmək istəyini gücləndirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş