"Bu, təxminən 2013-cü ildə istifadə etməyə başladığımız ifadə ilə xarakterizə edilə bilən bir şeydir”
“Volodimir Zelenskinin mayın 9-da Avropa İttifaqı (Aİ) ölkələrinin başçılarını Kiyevə dəvət etmək planları absurd teatrıdır”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu, təxminən 2013-cü ildə istifadə etməyə başladığımız ifadə ilə xarakterizə edilə bilən bir şeydir. Bu ifadə ilk dəfə o zaman işlədilib və sistemli şəkildə işlənməyə başlayıb. Bu ifadə “absurd teatr” ifadəsidir", - diplomat qeyd edib.
Xatırladaq ki, Zelenskinin Aİ liderlərini mayın 9-da, Böyük Vətən müharibəsinin 80-ci ildönümündə Kiyevə dəvət etmək planlarının olduğu bildirilir.