Quterreş Zelenski ilə keçirdiyi görüşün detallarını açıqlayıb

Dünya

29.04.2022 - 00:32

Həkimlər Klinikalar SEO Xidməti

Baş katib: "Azovstaldan insanların təxliyəsi üçün əlimizdən gələni edirik"

BMT baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların detallarını açıqlayıb.

AYNA "Report"a istinadən xəbər verir ki, Quterreş Ukrayna lideri ilə Mariupoldan təxliyə ilə bağlı intensiv müzakirələr apardığını bildirib.

“Biz insanların Azovstaldan təxliyəsi üçün əlimizdən gələni edirik”, - BMT baş katibi deyib.

Dünya təşkilatının rəhbəri Mariupoldakı vəziyyəti böhran daxilində böhran adlandırıb.

Xatırladaq ki, aprelin 28-də BMT baş katibi Antoniu Quterreş dağıdılmış Borodyankaya səfər edib. O, gördüklərindən dəhşətə gəldiyini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş