Qubanın ucqar kəndi bu il təbii qazla təmin olunacaq

Xəbərlər

12.09.2022 - 18:09

cedabet Klinikalar SEO Xidməti

Cimi kəndi qazla təmin ediləcək

Qubanın ucqar Cimi kəndinin təbii qazla təmin olunması üçün tikinti işlərinə başlanılacaq. Kəndin qazlaşdırılması cari ilin sonuna kimi yekunlaşacaq. AYNA xəbər verir ki, bu barədə Cimi kəndində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin sakinlərlə görüşü zamanı məlumat verib.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Cimi kəndi ilə yanaşı, Qubanın Barlı qəsəbəsinin və Hacıqaib kəndinin yeni salınmış yaşayış massivlərində qazlaşdırma işlərinin gedişatı ilə tanış olub, ictimaiyyət nümayəndələri ilə görüşüb və işlərində fərqlənən əməkdaşları təltif edib.

Barlı qəsəbəsində və Hacıqaib kəndində qazlaşdırma işləri sentyabr ayının sonunadək başa çatdırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş