Qubada qəza: gənc qadın ağır xəsarətlər alıb

Hadisə

02.10.2022 - 11:21

33 yaşlı Xəyalə Mustafayevanı maşın vurub

Qubada yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, dünən axşam saatlarında Quba rayonunda 33 yaşlı Xəyalə Mustafayevanı maşın vurub.

Qəzanı törədən Quba RPŞ-nin əməkdaşı tərəfindən yaralıya ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az