Qoruq ərazisində ova cəhd edənlər cəzalandırılıblar

Xəbərlər

26.01.2023 - 17:11

Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb

Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ova cəhd edən şəxslər saxlanılıblar. AYNA xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Xidmət rəisi qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Balakən rayon sakinləri Şamil Mustafayev və Eldar Əliqayev olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az