Qızıl Xaçın avtomobilləri Xankəndiyə sərbəst keçiblər

Xəbərlər

26.03.2023 - 17:23

Səhər saatlarında dördü yük olmaqla 11 avtomobil Laçın istiqamətinə getmişdi

Ekoaksiya iştirakçıları martın 26-da Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

AYNA xəbər verir ki, bir qədər öncə Laçından Xankəndiyə doğru hərəkət edən BQXK-ya məxsus yeddi minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Qeyd edək ki, səhər saatlarında dördü yük olmaqla 11 avtomobil Laçın istiqamətinə getmişdi.

Müəllif: Ayna.az