Qırmızı dənizdə ticarət gəmisi hücuma məruz qalıb

Dünya

30.04.2024 - 11:11

Hücuma baxmayaraq, gəmi əvvəlcədən müəyyən edilmiş marşrut üzrə hərəkətini davam etdirir

Qırmızı dənizdə ticarət gəmisi hücuma məruz qalıb və zədələnib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) saytında məlumat verilib.

Qeyd olunub ki, hadisə nəticəsində ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Hücuma baxmayaraq, gəmi əvvəlcədən müəyyən edilmiş marşrut üzrə hərəkətini davam etdirir.

Bundan əvvəl Yəmən sahillərindəki Bab əl-Məndəb boğazında raket hücumu nəticəsində mülki gəmiyə ziyan dəyib. Qeyd olunub ki, Primorskdan Vadinara Panama bayrağı altında üzən Britaniya gəmisi hücuma məruz qalıb. Yəmənin Əl-Muxa şəhərindən 14 dəniz mili cənub-qərbdə gəmi iki dəfə hücuma məruz qalıb. İlk atəş nəticəsində ekipaj üzvləri tərəfindən hiss edilən partlayış baş verib. Növbəti zərbə gəmini zədələyib. Faktla bağlı araşdırma aparılıb.

Müəllif: Ayna.az