Qırğızıstanda matəm elan olunub

Dünya

18.09.2022 - 16:03

Həkimlər Klinikalar SEO Xidməti

Sentyabrın 19-u dövlət müəssisələri üzərində dalğalanan bayraqlar yarıyadək endiriləcək

Qırğızıstanda Tacikistanla sərhəd münaqişəsində həlak olanların xatirəsinə bir günlük matəm elan olunub. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, sentyabrın 19-u dövlət müəssisələri üzərində dalğalanan bayraqlar yarıyadək endiriləcək. Həmçinin, ölkənin müxtəlif bölgələrində müvafiq tədbirlər təşkil olunacaq.

Qeyd edək ki,  Tacikistanla münaqişə nəticəsində 36 Qırğızıstan vətəndaşı həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş