Atəşkəsdən sonra Fələstin eksklavının inzibati mərkəzində sakitlik yaranıb
Qəzza sektorunda HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən atəşkəs rejimi bu gün səhər saatlarında qüvvəyə minib.
AYNA “Al Hadath” telekanalına istinadən xəbər verir ki, yerli vaxtla saat 07:00-dan (Bakı vaxtı ilə 9:00) başlayan atəşkəsdən sonra Fələstin eksklavının inzibati mərkəzində sakitlik yaranıb.
İsrail ordusunun nümayəndəsi Daniel Haqari bildirib ki, atəşkəs müddətində ordu hissələri Qəzza zolağındakı mövqelərində qalacaq. İsrail ordusu yaranan fasilədən əməliyyatın növbəti mərhələsini planlaşdırmaq üçün istifadə etmək niyyətindədir.