“Qərbi Azərbaycan İcması” ictimaiyyətə müraciət edib

Cəmiyyət

16.01.2023 - 12:31

“İctimaiyyəti “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırırıq”

“Qərbi Azərbaycan İcması” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarda əks olunan geriyə qayıtmaq hüququ əsasında, sülh yolu ilə öz evlərinə qayıdışına dair konsepsiya (“Qayıdış konsepsiyası”) layihəsi üzərində işini davam etdirir. Bu barədə AYNA-ya İcmadan bildirilib.

Qeyd edilib ki, geniş ictimaiyyət bu məsələyə yaxından maraq göstərir: “Alimlər, mütəxəssislər, sadə vətəndaşlar İcma ilə əlaqə saxlayaraq konsepsiyaya dair öz düşüncə və təkliflərini təqdim edirlər. Daxil olan ideya və təkliflər layihənin hazırlanması işində faydalı olub”.

“Bununla əlaqədar İcma geniş ictimaiyyətə müraciət edərək, “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırır. Təkliflər 21.01.2023-cü il saat 18:00-dək [email protected] elektron poçtu ünvanına təqdim edilə bilər. Beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinə xüsusilə böyük ehtiyac var. Təkliflər Azərbaycan, ingilis, rus, fransız və ya alman dillərinin birində təqdim edilə bilər”, - deyə müraciətdə bildirilib.

Müəllif: Ayna.az