Qərar verildi: Azərbaycanda bu tarixdən maska tələbi ləğv olunur

Cəmiyyət

22.04.2022 - 14:05

Nazirlər Kabineti qərar verib: mayın 1-dən maska tələbi ləğv ediləcək

Azərbaycanda maskadan istifadə tələbi ləğv edilir. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Bildirilib ki, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda,  Azərbaycan Respublikasının Beynəlxalq Hava Limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Müəllif: Ayna.az