Qazaxıstanlı deputatlar paytaxtın yenidən Astana olmasını təklif edib

Dünya

03.09.2022 - 03:51

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstanın paytaxtı 2019-cu ildən Nursultan adlanıb

Qazaxıstan parlamentinin deputatları Astana şəhərinin yenidən ölkənin paytaxtı olmasını təklif edib. AYNA yerli mediaya istinadən xəbər verir ki, “Jana Qazaxıstan” (Yeni Qazaxıstan) deputat qrupu Astananın adının ölkə paytaxtına qaytarılmasını istəyir.

“İnsanın sağlığında onun adının bir şəhərə verilməsini yanlış hesab edirik. Üstəlik, xalq da paytaxtın yeni adını qəbul etməyib. Ona görə də paytaxtın keçmiş adının - Astananın yenidən paytaxt olması ədalətli addım olacaq”, - deyə məlumatda bildirilir.

Parlamentarilər hesab edirlər ki, konstitusiyaya dəyişiklik imkanından istifadə edərək paytaxtın əvvəlki adını qaytarmaq lazımdır.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı 2019-cu ildən Nursultan adlanıb.

Şəhərin adı ölkəyə 30 ilə yaxın rəhbərlik edən Nursultan Nazarbayevin hakimiyyətdən getməsi ilə Astandan Nursultana dəyişdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş