Qazaxıstanın “Freedom Bank”ı Rusiyaya pul köçürmələrini dayandırıb

Dünya

29.08.2024 - 14:50

cedabet dərman SEO Xidməti

“Bank tərəfdaşdan təhlil aparmaq üçün əlavə məlumat gözləyir”

Qazaxıstanın "Freedom Bank"ı "Qızıl tac" ödəniş sistemi vasitəsilə Rusiyaya köçürmələri dayandırıb. AYNA xəbər verir ki, bu barədə “Forbes” Qazaxıstanın maliyyə təşkilatının Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

“Bank tərəfdaşdan təhlil aparmaq üçün əlavə məlumat gözləyir. Onun nəticələrinə əsasən gələcək addımlar barədə qərar veriləcək", - “Freedom Bank”dan qeyd edilib.

Xatırladaq ki, avqustun 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın üç maliyyə şirkətinə - “Atol”, “Diasoft” və Maliyyə Texnologiyaları Mərkəzinə (CFT) qarşı sanksiyalar tətbiq edib. “Qızıl tac” CFT ilə sıx bağlıdır. Eyni zamanda, ödəniş sisteminin özü də sanksiyalar reyestrinə daxil edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş