Qazaxıstan Səhiyyə Nazirliyi ixtişaşlarda ölənlərlə bağlı məlumatı təkzib edib

Dünya

10.01.2022 - 09:16

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik yayılan məlumatların reallığa uyğun olmadığını açıqlayıb

Qazaxıstan Səhiyyə Nazirliyi respublikada iğtişaşlar zamanı həlak olan 164 nəfər haqqında məlumatı təkzib edib.

AYNA xarici mediaya istinadən bildirir ki, nazirlik bu məlumatları vermədiklərini, yayılan məlumatların reallığa uyğun olmadığını açıqlayıb.

Öz növbəsində, Qazaxıstanın İnformasiya və Sosial İnkişaf Nazirliyi qurbanların sayı barədə məlumatın texniki səhv olduğu haqqında məlumat yayıb.

Qeyd edək ki, dünən Səhiyyə Nazirliyi adından yayılan məlumatda qeyd edilmişdi ki, ölkədə iğtişaşlar zamanı 164 nəfər həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş