Qazaxda iki nəfəri qanunsuz işlədən BOKT cərimələnib

Xəbərlər

17.05.2024 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib

“Asel Kredit BOKT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qazax Rayon Prokurorluğunda araşdırma aparılıb. AYNA xəbər verir ki, bu barədə Qazax Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iki şəxsin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş