Qaynını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə

19.05.2022 - 02:46

Taleh Heydərovla bağlı cinayət işi başlanıb

Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qəmbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı Rayon Prokurorluğundan AYNA-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qəmbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir.

Müəllif: Ayna.az