Qaxda ağır yol qəzası: üç nəfər ölüb

Hadisə

30.06.2024 - 03:58

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Əmbərçay kəndində qeydə alınıb

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.

 “Ford” və “VAZ-21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. “VAZ” avtomobilinin sürücüsünün meyiti nəqliyyat vasitəsində sıxılıb qaldığından əraziyə FHN-in xilasediciləri cəlb olunub. Digər bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.

Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.

Müəllif: Ayna.az