Harri Kasparovu Yuliya Navalnaya əvəzləyib

Dünya

02.07.2024 - 10:59

Həkimlər Klinikalar SEO Xidməti

Mərhum müxalif siyasətçinin xanımı beynəlxalq hüquq müdafiə təşkilatının sədri seçilib

İyulun 1-də mərhum müxalif siyasətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya İnsan Haqları Fondu - beynəlxalq hüquq müdafiə təşkilatının sədri seçilib. AYNA xəbər verir ki, bu vəzifədə Yuliya Navalnaya 2012-ci ildən Fonda rəhbərlik etmiş müxalifət lideri və Azad Rusiya Forumunun həmtəsisçisi Harri Kasparovu əvəz edib.

Fondun bəyanatında deyilir ki, “demokratik prinsiplərə və insan haqlarına sarsılmaz sadiqliyi, habelə ərinə sarsılmaz dəstəyi ilə tanınan” Navalnaya təşkilata “zəngin təcrübə” gətirəcək.

“Diktaturanın bizim sevdiklərimizə və bütövlükdə bütün dünya üçün yaratdığı təhlükəni şəxsən müşahidə etmiş bir insan kimi mənim üçün İnsan Hüquqları Fondunun sədri vəzifəsini tutmaq böyük şərəfdir”, - Navalnaya deyib.

Navalnının xanımı deyib ki, “bu missiya ürəyimə yaxındır və mən bunun həyata keçirilməsinə kömək etməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, İnsan Hüquqları Fondu 2005-ci ildə təsis edilib və baş ofisi Nyu Yorkda yerləşən qeyri-kommersiya təşkilatıdır. Fond özünün əsas vəzifəsini bütün dünyada “tiranlığa qarşı mübarizə” adlandırır.

Müəllif: Ayna.az