Qarabağa qanunsuz keçənlər həbs olunublar

Xəbərlər

20.02.2023 - 17:24

cedabet dərman SEO Xidməti

Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub

Mina və digər partlayıcı vasitələrdən təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub.

Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş