“Qarabağ” – “Olimpiakos” oyununun biletləri satışa çıxarılıb

İdman

09.10.2022 - 13:12

Həkimlər Klinikalar SEO Xidməti

Qiymətlər 5, 20, 30, 75 və 100 manat təşkil edir

"Qarabağ"ın Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün biletlər satışa çıxarılıb. AYNA xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, qiymətlər müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (onlayn satış), Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş