“Qarabağ” - “Gent” oyununun biletləri satışa çıxarılıb

İdman

10.02.2023 - 12:59

Biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın Belçika klubu “Gent”lə Bakıda keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb.

AYNA xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), “Qarabağ”ın “Park Bulvar”dakı “Fan Shop”undan, eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə edə bilərlər.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Gent” görüşü saat 21:45-də başlayacaq.

Müəllif: Ayna.az