2 silah könüllü olaraq polisə təhvil verilib
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindənbildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb.
Aparılan profilaktik tədbirlər nəticəsində 2 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.