Hazırda 6 müraciət üzrə araşdırmalar davam edir
2022-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qanunsuz reklamların yayımı ilə əlaqədar 49 müraciət daxil olub.
Dövlət Xidmətindən AYNA-ya bildirilib ki, bu müraciətlərdən 27-si təmin edilib, 13-ü vətəndaşlara qanunamüvafiq izahat və tövsiyə verilməklə baxılıb, 1-i baxılması üçün aidiyyəti orqanlara göndərilib, 2-si isə işə alınıb. Hazırda 6 müraciət üzrə araşdırmalar davam edir.