Qanunsuz ov edən şəxs saxlanılıb

Xəbərlər

28.09.2022 - 13:29

cedabet dərman SEO Xidməti

1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovlanan çöl quşları götürülüb

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən Qubadlı rayon sakini Ş.Qəhrəmanov aşkarlanaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya bildirilib ki, həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş