Qanunsuz ov edən əcnəbilər cərimələnib

Xəbərlər

22.11.2021 - 18:11

Həkimlər Klinikalar SEO Xidməti

Təqsirkarlar ümumilikdə 4000 manat məbləğində cərimə olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatında Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.

AYNA xəbər verir ki, bu barədə Xidmət rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı onların Küveyt vətəndaşları Muhammad Almutairi, Abdullah Alateeo, Nawaf Alateeo və Abdulrahman Alghareeb olduğu müəyyən edilib: "Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 4000 manat məbləğində cərimə olunub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş