Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Xəbərlər

29.02.2024 - 14:49

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxsdən müxtəlif növ ov qurğuları, qanunsuz ovlanmış 62 ədəd balıq götürülüb

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirdikləri qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Mil-Muğan kanalının Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini V.Fətişov saxlanılıb.

Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış ümumilikdə 62 ədəd şahmayi, külmə, poru və daban balığı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Ayna.az