“Qalarasaray” səfərdə xal itirib

İdman

18.01.2025 - 01:55

Həkimlər Klinikalar SEO Xidməti

"Cimbom" "Hatayspor"la bərabərə qalıb

Türkiyə Super Liqasında XX turun oyunları keçirilir. AYNA Apasport.az-a istinadən xəbər verir ki, dünən lider "Qalatasaray" meydana çıxıb.

"Cimbom" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş qarşılıqlı hücumlar şəraitində keçib.

Matçda hesabı hataylılar açıb. Cemali Sertel fərqlənib.

Lakin "sarı-qırmızılılar" bərabərlik topunu vurmağı bacarıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib.

Görüş elə bu hesabla nəticələnib - 1:1.

Qeyd edək ki, "Qalatasaray" 52 xalla liderliyini davam etdirir. Onu 42 xala malik "Fənərbaxça" izləyir.

Müəllif: Ayna.az