Qaçaq bankir özünü Qazaxıstanda müxalifət lideri adlandırdı

Dünya

07.01.2022 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

Muxtar Ablyazov: "Etirazçılar məndən hər gün necə davam edəcəklərini soruşurlar"

Xaricdə mühacirətdə olan Qazaxıstanın “Bank Turan Alem” (BTA Bank) bankının keçmiş rəhbəri Muxtar Ablyazov özünü ölkəsindəki müxalifətin və etirazçıların lideri adlandırıb. AYNA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qaçaq qazax bankirin sözlərinə görə, Almatıdakı etirazçılar ondan hər gün necə davam edəcəklərini soruşurlar.

Ablyazov bildirib ki, etirazların dinc davam etdirilməsi üçün Qazaxıstana qayıtmağa və "müvəqqəti hökumətə” rəhbərlik etməyə hazırdır. 

Mühacirətdə olan bankir iğtişaşları alovlandırmaq üçün Qərbdən pul almadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin ilk günündən Qazaxıstanda sıxılmış qazın qiymətinin qalxmasına etiraz olaraq xalq küçələrə axışıb. Güclənən etiraz aksiyaları ölkənin hər tərəfində xaosun yaranması ilə nəticələnib. Qazaxıstan Prezidenti etirazları yatırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) köməyə çağırıb. 

Qeyd edək ki, Ablyazova qarşı Rusiya, Qazaxıstan və Ukraynada cinayət işi başlanıb. O, bir sıra cinayətlərdə, o cümlədən dələduzluqda, saxtakarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Qazaxıstanda ona qarşı 2009-cu ildə cinayət işi başlanıb, bundan sonra bankir ölkədən qaçıb və İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş