“Putinin çıxışı əlçatan olacaq və biz onu açıq edəcəyik"
Rusiya Prezidenti Vladimir Putinin Fələstin-İsrail münaqişəsi ilə bağlı BRİKS sammitində çıxışı açıq olacaq. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov qeyd edib ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın qısa açılış bəyanatı gözlənilir.
"Prezident Putinin çıxışına gəlincə, çıxış əlçatan olacaq və biz onu açıq edəcəyik", - Putinin sözçüsü qeyd edib.
Peskov əlavə edib ki, fövqəladə sammitin yekunlarına əsasən birgə bəyanat qəbul edilə bilər.