“Putin terrorçudur” - Gürcüstanda aksiya keçirilib

Dünya

27.11.2022 - 15:57

“Mitinq iştirakçılarının gürcülərə mesajı budur ki, bütün ruslar qatil deyil”

Gürcüstanda Tbilisi Gimnaziyasının qarşısında Ukraynada davam edən müharibəyə və Rusiya rejiminə qarşı etiraz aksiyası keçirilib. AYNA gürcü mediasına istinadən xəbər verir ki, ruslardan ibarət etirazçılar əllərində üzərinə “Rusiya xalqı rejimi dəstəkləmir”, “Putin terrorçudur”, “Ukraynaya Azadlıq” şüarları yazılmış plakatlar tutublar.

Mitinqin təşkilatçısı “Azad Rusiya” fondunun nümayəndəsi Yeqor Kuroptev bildirib ki, aksiyada 300-ə yaxın insan iştirak edib.

“Mitinq iştirakçılarının gürcülərə mesajı budur ki, bütün ruslar qatil deyil, bütün ruslar Gürcüstan ərazilərini işğal etmir. Bura toplaşanlar Gürcüstanın Rusiya tərəfindən işğalına qarşıdırlar”.

Qeyd edək ki, aksiya iştirakçıları ukraynalı məcburi köçkünlərə kömək məqsədilə pul və humanitar yardım toplayıblar.

Müəllif: Ayna.az