Söhbət zamanı OPEC+ çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb
Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb. AYNA xəbər verir ki, Kremlin Mətbuat Xidməti telefon söhbətinin məzmununu açıqlayıb.
Bildirilib ki, söhbət zamanı OPEC+ çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, tərəflər Fələstin-İsrail münaqişəsi zonasındakı çətin vəziyyəti müzakirə ediblər. Kreml rəhbəri Rusiya və Səudiyyə Ərəbistanının Yaxın Şərq nizamlanması ilə bağlı fundamental yanaşmalarının praktiki olaraq üst-üstə düşdüyünü vurğulayıb.