Putin: “Rusiya BRİKS formatına ölkələrin marağının artdığını görür”

Dünya

14.06.2024 - 20:34

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya BRİKS-ə yeni iştirakçıların rahat şəkildə daxil olmasına şərait yaradacaq”

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, BRİKS sonda əsas tənzimləyici qurumlardan birinə çevriləcək.

AYNA xəbər verir ki, Rusiya lideri Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə qeyd edib ki, BRİKS-in potensialı onun çoxqütblü dünyanın əsaslarından birinə çevrilməsinə imkan verəcək.

“Ümumiyyətlə, mən inanıram ki, BRİKS-in potensialı ona nəticə etibarilə çoxqütblü dünya nizamının əsas tənzimləyici institutlarından birinə çevrilməyə imkan verəcək”, - Putin vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, ölkələrin BRİKS-ə marağı göz qabağındadır: “Gələcəyin bu obrazı dünya ölkələrinin böyük əksəriyyətinin arzularına uyğundur. Və biz bunu başqa şeylərlə yanaşı, BRİKS kimi universal assosiasiyanın işinə marağın artmasında görürük”.

Putin bildirib ki, Rusiya BRİKS-ə yeni iştirakçıların rahat şəkildə daxil olmasına şərait yaradacaq.

Müəllif: Ayna.az