Putin Makronla görüşü barədə açıqlama verib

Dünya

08.02.2022 - 01:44

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Prezidenti görüşün faydalı olduğunu deyib

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqlardan razı qalıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Putin görüşdən sonra keçirilən mətbuat konfransında deyib:

“Cənab Makronla bugünkü danışıqlar ənənəvi olaraq işgüzar şəraitdə keçdi, mənalı və faydalı oldu”. 

Prezidentlər Emmanuel Makronun Kiyevə səfərindən sonra zəngləşmək barədə razılığa gəliblər. 

“Gözləyək görək, cənab prezidentin Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevdəki görüşü necə keçəcək. Biz razılaşdıq ki, onun Ukraynanın paytaxtına səfərindən sonra yenidən bir-birimizə zəng edib bu məsələ ilə bağlı fikir mübadiləsi aparacağıq”, - deyə Putin qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş