Putin İlham Əliyevi təbrik edib

Xəbərlər

23.12.2022 - 12:41

cedabet dərman SEO Xidməti

Rusiya Prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

AYNA Prezidentin rəsmi saytına istinadən bildirir ki, məktubda deyilir:

“Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Bizim etimada və yoldaşlığa əsaslanan münasibətlərimizi olduqca yüksək dəyərləndirirəm. Əminəm ki, biz gündəlikdə duran aktual ikitərəfli və regional məsələlərə dair sıx birgə işimizi davam etdirəcəyik.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm. Fürsətdən istifadə edib ailənizə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş