PSJ-nin qapıçısı koronavirusa yoluxub

İdman

04.01.2022 - 21:10

Virusa yoluxmuş qapıcının təcrid olunduğu bildirilir

İtaliya millisinin və Fransanın PSJ futbol klubunun qapıçısı Canluici Donnarumma koronavirusa yoluxub.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb.

Qapıcının təcrid olunduğu bildirilir. İspaniyalı futbolçu Xuan Bernatın koronavirus testi mənfi çıxıb və sabah məşqlərə davam edəcək.

Bu mövsüm 22 yaşlı Donnarumma PSJ-nin heyətində bütün yarışlarda 11 oyun keçirib.

Müəllif: Ayna.az